"Kanal13"ün rəhbəri barədə yeni qərar verilib

img

21-02-2024 [15:58]


Kanal13 internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovla bağlı yeni qərar verilib.

Mia.az xəbər verir ki, Səbail Rayon Məhkəməsi bu gün onun haqda həbs qərarını daha bir ay uzadıb.

Qeyd edək ki, jurnalist noyabrın 27-də Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə ittiham olunaraq saxlanılıb.

Səbail Rayon Məhkəməsində noyabrın 28-də keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq