"Lütfən, dedi-qodulara inanmayın" - Cavanşir Quliyev

img

20-02-2024 [22:09]


"Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm. Bu müddət ərzində üç əməliyyat keçirdim, ürək, beyin və qarın boşluğunda əməliyyat oldum".

Mia.az xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Real TV-yə müsahibəsində deyib.

Bəstəkar Heydər Əliyev Fonduna və fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya ona göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib: "Burada əsas yardımın vaxtında edilməsi idi. Bu çətin vaxtda mənə dəstək olanlara minnətdaram”.

Yaxın günlərdə müalicəsini bitirərək Bakıya dönəcəyini və fəaliyyəti ilə bağlı planlarının olduğunu bildirən C.Quliyev səhhəti barədə yayılan yalan informasiyalara da münasibət açıqlayıb: "Lütfən, dedi-qodulara inanmayın. Xüsusən də insanların sağlamlığı ilə. Rəsmi xəbər hardasa var, yəni olmaya bilməz".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq