20-06-2014 [00:11]
Millət vəkillərinin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olması birmənalı şəkildə qadağandır. Ölkə Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir.
Buna baxmayaraq, Milli Məclisdə mandat sahibi olan deputatların
bir qismi bizneslə məşğul olur. Onların biznesi haqda Milli Məclis rəhbərliyi
məlumatlı olsa da, qanun səviyyəsində heç bir tədbir görülmür və hansısa
səbəblərə görə biznesmen deputatlara güzəşt olunur.
Yəni ölkə təcrübəsində bu vaxtadək bizneslə məşğul olan deputatın mandatının əlindən alındığını görməmişik. Məhz bundan arxayın düşən bəzi millət vəkilləri sahibi olduqları biznes şəbəkəsini daha da genişləndirirlər. Parlamentin biznesmen deputatlarından biri də 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən millət vəkili seçilən Hacı Baba oğlu Salayevdir.
MM-in təhlükəsizlik və müdafiə komitəsinin üzvü olan deputatın biznes maraqları barədə mətbuat səhifələrində dəfələrlə məlumat verilib.
Qeyd edək ki,
Milli Məclisdə akkreditasiyadan keçmiş jurnalistlər arasında aparılmış sorğuda
Hacı Salayevlə bağlı maraqlı məqam ortaya çıxıb. Sorğuda iştirak edən parlament
jurnalistlərinin böyük hissəsi belə bir deputatın adını eşitdiklərini, amma
üzünü görmədiklərini vurğulayıblar. Hacı Salayev az danışan və az görünən
deputat kimi xarakterizə edilir. Biz isə bu gün sizə deputatın biznesi və
övladlarının yaşadığı bahalı həyat tərzi barədə bir sıra faktları
açıqlayacağıq.
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara əsasən, deputatın biznesinin özəyini Yasamal rayonu ərazisində yerləşən və paytaxtın elit məkanlarından biri kimi tanınan "Lake Palace Hotel"i təşkil edir.
Mənbənin bildirdiyinə görə, hoteldə qiymətlər dodaq uçuqladır. Bu səbəbdən obyektə daha çox xarici turistlər və yerli elitanın nümayəndələri gəlirlər: "Hoteldə göstərilən xidmətlərin maliyyə qarşılığı çox yüksəkdir. Obyektin həyətində yaradılan süni göl müştərilərin marağına səbəb olur. Burda müxtəlif tədbirlər, bəzən isə şadlıq mərasimləri də təşkil edilir".
Məlumatda
həmçinin deyilir ki, "Lake Palace Hoteli"nin tikilməsinə və içinin
bəzədilməsinə milyonlarla manat pul sərf edilib. Maraqlıdır, görəsən, Hacı
müəllim bu qədər pulu necə və hansı yollarla əldə edib? Axı onun bir deputat
olaraq bizneslə məşğul olması qadağandır. MM üzvünün özü bu məsələyə aydınlıq
gətirsəydi, çox yaxşı olardı. Araşdırmalar nəticəsində məlum oldu ki, millət
vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də "Trust"
Mühafizə Şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli
obyektin mühafizəsini təşkil edir. Bu obyektlər arasında banklar, istehsal
müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki
nümayəndəlikləri və digər obyektləri var. "Trust"un əməkdaşlarının
mühafizə etdiyi böyük şirkətlər arasında "Pepsi-coca cola" şirkəti də
var.
Qeyd edək ki, deputatın sahibi olduğu şirkətin adı bir neçə ay əvvəl oğurluq hadisəsində hallanmışdı. Belə ki, şirkətin mühafizəçiləri "Pepsi-coca cola"dan oğurluq ediblər. Mediada yayılan məlumatlara görə, şirkətin əməkdaşları böyük miqdarda "marqans" kimi tanınan Kalium permanqanat adlanan maddə oğurlayıblar. Həmin maddədən "Pepsi coca cola" və digər sərinləşdirici maddələrin istehsalında istifadə edildiyi bildirilir. Eyni zamanda ondan bəzi partlayıcı maddələr hazırlanmasında da istifadə olunur.
Xəbərdə o da qeyd olunub ki, şirkətdən oğurluq faktının üstü açılandan
sonra əvvəlcə bu məsələni öz aralarında həll etmək istəyiblər. Şirkət ilə
"Trust" arasında aparılan danışıqlar vasitəsilə nəticə əldə
olunmadığından iş hüquq-mühafizə orqanlarının səlahiyyətinə verilib. Bundan
sonra "Trust"da həbslər həyata keçirilib və xeyli şəxs saxlanılıb.
Hətta məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları Hacı
Salayevin özü ilə də qeyri-rəsmi söhbət aparıblar. Məlumatlara əsasən, oğurluq
faktının üstü açılandan sonra "Trust"un bütün mühafizə sistemi
alt-üst edilib, şirkətin mərkəzi ofisində axtarış aparılıb. Hacı Salayev
hüquq-mühafizə orqanlarının ehtiyatda olan polkovnik-leytenantı olduğundan
yaranmış problemi bir güclə yoluna qoymağı bacarıb.
Onu da qeyd etmək lazımdır ki, deputat bu yaxınlarda tanınmış iş adamı, milyarder Telman İsmayılovla qohum olub. Belə ki, Hacı Salayevin oğlu Kənan Salayev milyarderin qardaşı qızı Arzu Mərdanova ilə ailə həyatı qurub. Mənbənin sözlərinə görə, Telman İsmayılovla qohum olandan sonra Hacı Salayevin maliyyə imkanları daha da genişlənib və bitərəf deputat obyektlərinin sayını artırmağa başlayıb. Onun Türkiyədə də biznes qurması yayılan xəbərlər arasındadır.
Apardığımız araşdırmalarda diqqət çəkən məsələlərdən biri də millət vəkilinin övladlarının yaşadığı bahalı həyat tərzi ilə bağlıdır. Deputatın kiçik oğlu Turqut Salayev ölkənin nüfuzlu universitetlərindən birində təhsil alır. Atasının ərköyün övladı avtomobil həvəskarı olduğu üçün tez-tez maşın dəyişir. "Auto.az" saytında Turqut Salayevin 10-TT-010 və 90-DD-010 nömrələri ilə idarə etdiyi maşınlarının görüntüsü açıq şəkildə göstərilib. Şəkillərdən gördüyünüz kimi, deputatın oğlu eyni nömrəni həm "Range Rover", həm də "Mercedes CL63"ə, 90-DD-010 nömrəsini isə qara rəngli "BMW X6”ya vuraraq paytaxt küçələrində meydan sulayır. Bildiyimiz qədərilə eyni nömrənin bir neçə avtomobilə vurulması qadağandır. Amma Turqut Salayev deputat oğlu olduğuna görə ona "yaşıl işıq" yandırılır. Bu gəncin tələbə ola-ola qiyməti baha olan maşınları hansı pullarla alması maraq doğuran məsələlərdəndir. Turqut Salayev sürdüyü maşınlarla yanaşı, yaşayış tərzinə və geyiminə də xüsusi diqqət yetirir.
Deputat oğlunun "facebook" sosial şəbəkəsində paylaşdığı şəkillərdə xarici ölkələrdə istirahət etdiyi, krallara layiq kef çəkdiyi aşkar şəkildə görünür. O həmçinin brend geyim dükanlarından paltarlar geyinir, bahalı qol saatları vurur və növbənöv ətirlərdən istifadə edir. Buna bir sözümüz yoxdur. Ancaq millət vəkilinin övladının hansı pullarla bahalı avtomobillər idarə etməsi, xaricdə əyləncəli anlar keçirməsinin maliyyə qaynağını araşdırıb tapmaq lazımdır. Hacı Salayevə səs verib onu deputat seçən seçicilər müxtəlif problemlərin əlində aciz qaldığı bir vaxtda, millət vəkili özünün və ailə üzvlərinin rahat yaşayışını təmin edir. Bu nə dərəcədə doğrudur?..
Parlament üzvünün digər oğlu Kənan Salayev isə "GoldenPey" ASC-nin Müşahidə Şurasının üzvüdür. O da qardaşı kimi qiyməti baha olan maşınları və kübar həyatı xoşlayır. Hesab edirik ki, Milli Məclis rəhbərliyi və müvafiq instansiyaların rəsmiləri deputatın fəaliyyətinə nəzarəti gücləndirməli və onu qanunun tələblərini pozduğuna görə cəzalandırmalıdır. (gundelik-bakı)
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Bu gün Əfv Məsələləri Komissiyası toplanır - 100-dən çox müraciətə baxılacağı gözlənilir
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar
Azərbaycan nefti 2.5 dollar ucuzlaşdı
Braziliyada güclü sel: 8 nəfər ölüb, 21 nəfər itkin düşüb
Çempionlar Liqası: alman komandası PSJ-ni devirdi
AVRO-2024: məşhur qapıçı "ofsayd"da saxlanıldı
Blinken Qəzza ilə İsrail arasındakı sərhəd qapısı ilə yəhudi qəsəbəsini ziyarət edib - FOTO
Paşinyan: "Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır" - "Sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq"
TFF-dən seçki açıqlaması: "İstəsələr belə, xeyri yoxdur" - "60 gündən tez seçki ola bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED yeni qərarını açıqladı
İsrail ordusu Nusayrat düşərgəsinə hücum edib - 1 ölü, 5 yaralı var
Lənkəran Regional Elmi Mərkəzində “Şəkinin ədəbi-mədəni mühiti və folklor” mövzusunda tədbir keçirilib - FOTOLAR
İşə düzəltmə və... - İcra başçısının adı sensasion məhkəmə işində hallandı: "134 mini və 20 min manatı ona verdim..."
Qazaxıstanda Azərbaycan və Ermənistan arasında danışıqları keçiriləcək - Tokayev anons verdi
Məhkəmə Qubad İbadoğlu haqqında daha bir qərar verdi
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib
Netanyahu yenə meydan oxudu: "Ora girəcəyik, başqa yolumuz yoxdur" - "Məhkəmənin qərarı bizim üçün yox hökmündədir"
Silahlı şəxs saxlanılıb - Hədə-qorxu gəldiyi üçün
Xankəndidə silah-sursat aşkarlanıb
Könül Mehtiyeva Avropa çempionatının finalına təyinat alıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: İlham Əliyev çıxış edib (TAM MƏTN, FOTOLAR)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş direktor, müavini və şöbə müdiri... - Səhiyyə sahəsində yeni əməliyyat olub, saxlanılanlar var (ADLAR, Yenilənib
Bakının Nizami rayonunda dərəbəylikdir - İcra Hakimiyyətindən xəbərə reaksiya (FOTOLAR, YENİLƏNİB)
Prezident İlham Əliyev Zuhair Əlhartini ilə görüşüb (Yenilənib)
Türkiyədə 1 Mayla bağlı gərginlik: aksiyaçılarla polis toqquşdu, yaralılar var - FOTOLAR
İYİ Partiyada təhvil-təslim oldu - Akşener siyasətlə vidalaşıb
Türkiyə ordusu İraqda daha iki terrorçunu zərərsizləşdirib
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib -FOTO