Sahil Babayev sabiq məmura yüksək vəzifə verdi - FOTO

img

20-02-2024 [15:27]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyəti sədrinə yeni müavin təyin edilib.

Məlumata görə, nazir Sahil Babayevin 14 fevral 2024-cü il tarixli əmri əmri ilə Azər Əliyev DOST İdarə Heyətinin sədrinin müavini təyin olunub.

Qeyd edək ki, Azər Əliyev 10 yanvar 2023-cü il tarixində DOST Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. 2015-2016-cı illərdə Nazirlər Kabineti yanında "İçərişəhər" DTMQ İdarəsində idarə rəisinin köməkçisi (1-ci dərəcə dövlət qulluqçusu), 2016-2017-ci illərdə "İnter" Peşəkar İdman Klubunun prezidenti, 2017-2022-ci illərdə "Atəşgah" Sığorta Şirkətinin İdarə Heyətinin sədri, "Azərbaycan Sığortaçılar Assosiyasiyası"nın Müşahidə Şurasının sədri və İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədr müavini vəzifələrində fəaliyyət göstərib(Qaynarinfo)

img

Digər xəbərlər
SON XƏBƏRLƏR