Bu gün siz nə gözləyir? - BÜRCLƏR
20-02-2024 [00:01]
Qoç - İşə ciddi yanaşın. Qeyri-ciddilik, hərdəmxəyallıq problemlər yarada bilər. Peşəkar fəaliyyət müstəvisində irəliləyişə nail olmaq istəyirsinizsə, rəhbərliyin möveqlərinə zidd addımlar atmayın. Bu minvalla müşkül situasiyalar yaratmayın. Kritik məqamlarda məntiqli davranın. Belədə sizə səhvlərinizi bağışlayarlar.
Günün ikinci yarısının maliyyə fonu uğurlu deyil. Planlaşdırılmamış xərclər, itkilər ola bilər. Anlaşma və sövdələşmələr perspektivli deyil. Şəxsi münasibətlərdə aktiv olun. Axşam saatlarında normal istirahət edin.
Buğa - Müsbət təmayüllərin təsir gücü artır. Nəzərdə tutduğunuz ideya və ya planı uğurla reallaşdıra bilərsiniz. Gələcəklə bağlı planlar qurmaq olar. Onları tez bir zamanda həyata keçirməyə çalışın. Şəxsi münasibətlərdə təşəbbüs zamanıdır. Həmkarlarınız, dostlarınız, qohumlarınız sizi dəstəkləyəcəklər.
Günün ikinci yarısı maliyyə baxımından uğurludur. Gəlir əldə etmək, sərfəli anlaşma və ya sözləşməyə nail olmaq şansları var. Pulu məntiqlə xərcləyin. Axşam saatlarında aktiv istirahəti seçin.
Əkizlər - Sizə maraqlı təsir bağışlamayan işlərə çox vaxt sərf etməli olacaqsınız. Əfsuslar olsun ki, bu işləri nə başqasına həvalə etmək, nə də təxirə salmaq mümkün deyil. Sizə əziz olan insanlarla münasibətlərdə problemlər yarana bilər. Səylərinizə rəğmən, ixtilafın qarşısını almaq asan deyil. Narahat olmayın. Mənfi təmayüllərin təsiri çox çəkməyüəcək. Münasibətlərdəki harmoniya bərpa olunacaq. Alış-veriş məsləhət deyil. Sizə əsla gərək olmayan əşya ala bilərsiniz.
Xərçəng - Kiçik çətinliklər yaranacaq, amma onları uğurla dəf edəcəksiniz. Dostlar və etibarlı, sınanmış müttəfiqlər sizə yardım edəcəklər. Anlaşma, uzunmüddətli əməkdaşlıqla bağlı sözləşmə üçün əlverişli zamandır. Yeni tanışlıqlara laqeyd yanaşmayın. Az sonra onlardan biri faydalı ola bilər.
Günün ikinci yarısında yeni məqsədlər və hədəflər formalaşacaq. Onlar peşəkar fəaliyyətinizi daha rəngarəng edəcək. Şəxsi münasibətləri unutmayın. Təşəbbüskar olsanız, müsbət dəyişikliklər və irəliləyişlər yaşanacaq.
Şir - Maraqlı gündür. Fəal olun, süstlüyə qapılmayın. Gündəlik, rutin işlərə yaradıcı yanaşma gərəkli nəticəyə nail olmaqla yanaşı, yeniliyi əxz etməyə imkan verəcək. Yeni müttəfiqlər tapa bilrsiniz. İntuisiyanız itidir. Onun siqnallarına qulaq assanız, hətta ən çətin vəziyyətdə də kobud səhvlərə yol verməyəcəksiniz.
Yaxın ətrafınızdakı insanların sizin yardımlarınıza ehtiyacı var. Dəstək olmaqdan boyun qaçırmayın. Amma kimsəyə imkan verməyin ki, sizdən sui-istifadə etsin. Səfər və səyahət, habelə uzaqdan gəlmiş şəxslə ünsiyyət üçün əlverişli zamandır.
Qız - Enerjili, aktiv olun. İntizamlı davranın. Soyuqqanlı və təmkinli hərəkətlər bu gün əsas üstünlüyünüz ola bilər. Əvvəlki günlərlə müqayisədə daha çox işləməli olsanız da, yorğunluqdan şikayətlənməyin. Yeni ideyalar və cəsarətli təşəbbüsləri dəstəkləyin. Qeyri-standart qərarlar qəbul etməyi bacaran insanla qarşılaşacaqsınız.
Günün ikinci yarısında liderlik məziyyətlərinizi büruzə verin. İşdə belə davranış pis deyil. Amma şəxsi münasibətlərdə ehtiyatlı olun. Əks təqdirdə toqquşmalar ola bilər. Planlaşdırılmamış xərclər istisna deyil. Maliyyə vəsaitini nəzarətdə saxlayın, bədxərclik etməyin.
Tərəzi - Gün çətin, mürəkkəbdir. Emosiyalarınıza hakim olun. Ən əlverişsiz, gərgin anlarda hisslərinizin nəzarətdən çıxmasına imkan verməyin. Önəm verdiyiniz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmaq cəhdləriniz uğursuzluğa düçar ola bilər. Bacarıq və biliklərinizi görmək istəmir, çatışmazlıqlarınızı isə həddən ziyadə şişirdirlər.
Günün ikinci yarısında maliyyə fonu uğurlu deyil. Ciddi itkilər ola bilər. Alış-veriş etməyin, anlaşma və sövdələşmələrə can atmayın. Maraqlı məşğuliyyətlər üçün əlverişli zamandır. Yaradıcı yanaşma tələb edən, amma xüsusi bacarıq və ya ustalıq tələb etməyən işə başlaya bilərsiniz.
Əqrəb - İşgüzar danışıqlar və şəxsi səciyyəli görüşlər yaxşı keçəcək. İndiyədək dil tapa bilmədiyiniz insanlarla anlaşa biləcəksiniz. Mürəkkəb və genişmiqyaslı peşəkar layihələrə başlamaq olar. Kommersiya fəaliyyəti gəlir verəcək. Gəlir təxminlədiyinizdən də artıq ola bilər.
Səfər, səyahət, şəraiti dəyişmək üçün əlverişli zamandır. Qeyri-adi, orijinal hadisələrə və nəsnələrə maraq artır. Yaşam potensialının səviyyəsi yüksəkdir.
Səhhətinizdə problemlər olmayacaq.
Oxatan - Gərgin və məhsuldar fəaliyyət günüdür. Bu işin nəticələrini dərhal görməyəcəksiniz. Səbirli olun. Hadisələri sürətləndirmək, süni təkanlardan yararlanmaq cəhdləri yaxşı heç nə vəd etmir. Yeni işgüzar münasibətlər yaratmaq, işdəki münaqişəni çözmək və nizamlamaq üçün əlverişli zamandır. Yeni müttəfiqlər olacaq. Ən başlıcası isə odur ki, çoxdankı qarşıdurmaya son qoymağa çalışın.
Tikinti, inşaat və təmir üçün əlverişqli zamandır. Məişət texnikası, mebel, interyer predmetləri almaq olar. Nəqliyyat vasitəsi almaq istəyirsinizsə, seçimdə yanılmayın.
Oğlaq - Bu gün qəbul edəcəyiniz qərarları həyata keçirin. Onlar yaşamınızda müsbət dəyişikliklərə səbəb ola bilər. Önəm verdiyiniz insanlarla ünsiyyət üçün yaxşı gündür. Müttəfiqlə yanaşı, nüfuzlu hami arayın. Peşəkar fəaliyyət müstəvisində irəliləyiş şansları yaranır. Daha maraqlı, maaşı yüksək olan iş tapa bilərsiniz.
Başqalarının təcrübəsi faydalı ola bilər. Yaxın ətrafınızdakı insanların səhvləri və yanlışlıqları sizə dərs olsun. Ciddi səhvlərə yol verməməyə çalışın. Nəzərdə tutulmamış alış-veriş və əyləncə məsləhət deyil.
Dolça - Çətin, qarışıq və mürəkkəb gündür. İşdə problemlər yaranacaq. Şəxsi münasibətlərdə də rəvanlıq və sakitlik müşahidə olunmur. Ən pisi odur ki, niyyət və planlarınızda konkretlik yoxdur. Sonradan sizə təəssüf hissi yaradacaq addımlar atmayın.
Emosional fon gərgindir. Yaxşı əhval-ruhiyyəni qorumaqda çətinlik çəkəcəksiniz. Amma sınamağa, cəhd göstərməyə dəyər. Sizi maraqlandıracaq məşğuliyyət tapacaqsınız.
Axşam saatlarında gəzinti sizə yuxusuzluq və baş ağrılarından qurtulmağa imkan verəcək.
Balıqlar - İşgüzar baxımdan çox əlverişli gündür. İstənilən problemin və ya çətinliyin öhdəsindən sürətlə gəlin. Rəqibləri üstələyin. Hətta ən çətin durumda belə, qətiyyəti və inamı itirməyin. Toplantı, iclas və ya seminara qatılmaq üçün münasib zamandır. Sizə maraqlı gələn insanların rəğbətini qazanın. Diqqət mərkəzində olanda özünüzü rahat hiss edin. Sizi tərifləyəcəklər.
Romantik tanışlıq ehtimalı yüksəkdir. Belə münasibət sizə pozitiv emosiyalar bəxş edəcək ciddi münasibətlərin təməlinə çevrilə bilər.
Milli.Az
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb