"Husilər"in sözçüsü: "Qırmızı dənizdə İngilis gəmisini, Hudeydada ABŞ PUA-sını vurduq"

img

19-02-2024 [12:14]


Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzində Britaniya gəmisini, Hudeyda isə ABŞ-ın pilotsuz uçuş aparatını (PUA) vurduqlarını iddia ediblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə husilərin sözçüsü Yəhya Seri brifinq keçirib.

O bildirib ki, İngiltərənin "RUBYMAR" gəmisi Qırmızı dənizdə çox sayda uyğun "dəniz raketi" ilə vurulub: "Gəmi çox ciddi zədə alıb. Batma təhlükəsi olan gəmidən heyətin təhlükəsiz şəkildə çıxmasını təmin etdik...".

Szöçü qeyd edib ki, bununla bərabər, ABŞ-ın MQ9 tipli pilotsuz uçuş aparatı da "müvafiq raketlər"lə sıradan çıxaırlıb

Böyük Britaniya və ABŞ tərəfindən hücumla bağlı heç bir açıqlama verilməyib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq