Rəfaha hava zərbəsi: azı 7 dinc sakin həlak olub

img

16-02-2024 [12:00]


İsrail ordusunun Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinə hava zərbələri endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, hücum nəticəsində azı 7 mülki vətəndaş həyatını itirib, çoxlu sayda yaralı var.

Xəbərdə deyilir ki, bununla yanaşı, İsrail aviasiyası Qəzzanın şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsini də bombalayıb: "Burada evlərin bombalaması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR