İsrail-Livan sərhədində gərginlik: 7 nəfər öldürülüb

img

16-02-2024 [10:59]


İsrail-Livan sərhədində toqquşmalar səngimir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Livanın cənubunda İsrail ordusu ilə toqquşmalarda bu gün daha 4 Hizbullah üzvü və 3 "Amal Hərəkatı" üzvü öldürülüb.

Bu barədə "Hizbullah" və onun Livandakı müttəfiqi "Amal Hərəkatı" açıqlama veriblər.

Açıqlamada İsrail ordusu ilə qarşıdurmalarda "Hizbullah" üzvləri Məhəmməd Əli Dərviş, Mustafa Hıdır Kəsir, Abbas Əli Mehdi və Abdulkerim Samhatla yanaşı, "Amal"dan Ali İsa, Məhəmməd Səid və Kadım Nizarın həlak olduğu qeyd edilib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 8-dən etibarən İsrail ordusu ilə Hizbullah arasında yaşanan toqquşmalarda 205 Hizbullah üzvü öldürülüb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq