"Sparta Praqa"nın baş məşqçisi: ""Qalatasaray"ı çox sıxdıq..."

img

16-02-2024 [00:52]


UEFA Avropa Liqasının pley-off mərhələsində “Qalatasaray”a 3:2 hesabı ilə uduzan Çexiya təmsilçisi "Sparta Praqa"nın baş məşqçisi  Brayan Priske oyundan sonra açıqlamalar verib.

Mia.az Türkiyə istinadla xəbər verir ki, danimarkalı məşqçi çətin, ancaq möhtəşəm matç  oynadıqlarını deyib:

 "Möhtəşəm matç keçirdik. Çoxlu imkanlarımız oldu. İki qol vurduq, amma daha çox qol vura bilərdik. Oyunçularımın özünə inamı üçün yaxşı matç oldu. Təkrar edirəm, biz daha yaxşı çıxış edə bilərdik. Bu cür oyundan sonra məğlubiyyət üzücüdür".

Priske qeyd edib ki, oyunçuları 90 dəqiqə ərzində üzərlərinə düşən vəzifələri yerinə yetiriblər: ""Qalatasaray"ı çox sıxdıq. Buraxdığımız 3 qol bizi üzdü, amma dediyim kimi, komandamın çıxışı ilə fəxr edirəm".

Qarşılaşmada "sarı-qırmızılı" azarkeşlərin yaratdığı ab-havaya toxunan Priske deyib: "Azarkeşlər üzərlərinə düşəni etdilər. Biz şansımızı zorlamağa davam etdik. Stadionda yaxşı ab-hava var idi. Ümid edirəm ki, azarkeşlər bundan həzz aldılar..."

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR