İsrail Qəzzada doğum mərkəzinə basqın edib, məzarlığı dağıdıb - "Xəstəxananı hərbi bazaya çevirmək istəyirlər"

img

16-02-2024 [00:04]


İsrail əsgərləri Qəzza zolağının cənubundakı Xan Yunisdəki Nasser xəstəxanasının doğum şöbəsinə basqın ediblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 25 gündür İsrail ordusu mühasirədə saxladığı Nasser Xəstəxanasının Doğum Mərkəzinə bu gün basqın edərək, orada qanunsuz axtarış aparılıb: "Axtarış zamanı heç nə tapmayan İsrail əsgərləri xəstəxanada olan iki təcili yardım maşınını da yararsız hala salıblar. Onlar buranı hərbi kazarmaya çevirməyə çalışırlar. Ona görə, əsgərlər xəstəxanadakı təcili yardım mərkəzini, xəstəxananın ətrafındakı fələstinli köçkünlərin çadırlarını tez-tez hədəfə alır, bununla yetinmiyərək buldozerlərlə xəstəxana şəhərciyindəki kütləvi məzarları dağıdırlar...".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR