"Ev, maşın, yaxta, təyyarə ala bilərsiniz, ancaq..." - Emin Ağalarov

img

14-02-2024 [12:40]


Xalq artisti Emin Ağalarov aif.ru saytına verdiyi müsahibəsində açıqlaması ilə diqqət çəkib.

Məlumata görə, ifaçı çox pulun xoşbəxtlik gətirmədiyini bildirib.

"Müslüm Maqomayev 56 yaşında səhnəni tərk edib. Və son 10 ildə o, öz mənzilində qapalı vəziyyətdə yaşayıb. Məncə, bu, xoşbəxtlikdən deyil. Belə insanlar öz uğurlarının divarlarına itələnirlər. 

İnsan nə qədər uğurlu və məşhurdursa, bir o qədər az məkanda mövcud olmağa məcbur olur. İnsan sadəcə küçədə gəzə bilməz. Uğur adətən şəxsi həyatınıza zərər verir. Belə insanlar çox vaxt təkdirlər. Çox pulun, ümumiyyətlə, xoşbəxtliklə heç bir əlaqəsi yoxdur. Ev, maşın, yaxta, təyyarə ala bilərsiniz. Bu, gündəlik problemləri həll etmək üçün bir vasitədir. Ancaq xoşbəxtliyi satın ala bilməzsən" deyə, Ağalarov açıqlayıb(Axsam).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq