"Başım hazırda seçkilərə qarışıqdı" - Deputatdan 4 otaqlı mənzillə təmin edilməsi xəbərinə reaksiya

img

13-02-2024 [13:07]


Qərbi Azərbaycan İcmasının rəhbəri, Milli Məclisin deputatı Əziz Ələkbərli ona ev verilməsinə aydınlıq gətirib.

Mia.az-ın məlumatına görə, AzVision.az-a danışan deputat bu haqda xəbəri saytlardan oxuduğunu qeyd edib:

"Mənə ev verilməsi xəbərini sizdən eşidirəm. Bizim başımız hazırda seçkilərə qarışıqdır. Bu etapda mənim hər hansı informasiya barədə məlumatım yoxdur".

Qeyd edək ki, deputat Əziz Ələkbərlinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində addım atıldığı və deputata Bakı şəhərinin mərkəzindən dördotaqlı mənzil hədiyyə olunması barədə məlumat paylaşılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR