Qəzzada daha 2 jurnalist həlak olub

img

12-02-2024 [17:23]


İsrail ordusunun bu gün Qəzza zolağına endirdiyi aviazərbələrlə daha iki jurnalist həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisi yazılı açıqlama yayıb.

Bildirilib ki, İsrail ordusunun Rəfah və Cibaliye şəhərlərinə təşkil etdiyi hücumlarda jurnalistlər Ela Həsən əl-Hims və Engham Əhməd Advan həyatları ilə vidalaşıblar.

Bununla da oktyabrın 7-dən bu yana İsrail tərəfindən Qəzzada öldürülən jurnalistlərin sayı 126-ya yüksəlib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR