"Kanal S" televiziyasında dəyşiklik - Yeni müşavir təyinatı olub

img

12-02-2024 [18:04]


Stilist Anar Ağakişiyev Kanal S televiziyasının baş direktorunun yaradıcılıq üzrə müşaviri vəzifəsinə təyin olunub.

Kanaldan verilən məlumata görə, bu addım televiziyanın inkişafı üçün mühüm bir addımdır. Anar Kanal S-in verilişlərinə yaradıcılıq töhvəsi, layihələrin peşəkarlığı, zənginliyi üçün öz qərarlarını verəcək. Eyni zamanda yeni layihələrin hazırlanması, aparıcıların cəlb olunmasında da onun məsləhətləri vacib olacaq.

Qeyd edək ki, ARB televiziyasında bu vəzifəni Xoşqədəm Baxşəliyeva yerinə yetirir.

Xatırladaq ki, Anar Ağakişiyev həm də 2012-2013-cü illərdə Kanal S-də “Dəbin hökmü” verilişinin layihə rəhbəri və aparıcısı olub(Olay).


Digər xəbərlər
SON XƏBƏRLƏR