Deputatın gizlətdiyi başqa daşınmaz əmlakı üzə çıxdı - Razi Nurullayev kimi aldadır? (VİDEO)

img

12-02-2024 [14:58]


Prezidentliyə keçmiş namizəd Razi Nurullayevin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etdiyi gəlir bəyannaməsində əmlakları ilə bağlı məlumatlaır gizlədib.

Mia.az xəbər verir ki, bu barədə videobloger Mehman Hüseynov videofakt yayıb.

Məlumat üçün bildirək ki, Razi Nurullayev seçki ərəfəsindəki müsahibələrinin birində MSK-ya təqdim etdiyi gəlir bəyannaməsi ilə bağlı danışarkən deyib ki, onun yalnız üçotaqlı mənzili var.

Mehman Hüseynovun hazırladığı videorepotajda isə Razi Nurullayevin Novxanıda dəbdəbəli villasının mövcudluğu iddia edilib. Maraqlıdır ki, prezidentliyə keçmiş namizəd gəlir bəyannaməsində həmin villadan bəhs etməyib.

Maraqlıdır ki, deputat blogerin iddiaları ilə bağlı sualları cavablandırmaqdan yayınıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR