"İnci Taneleri" serialının rejissor heyəti üzr istədi - Açıqlama

img

12-02-2024 [00:08]


Yılmaz Erdoğan, Hazar Ergüçlü, Selma Ergeç, Kubilay Aka, Güven Kıraç və Yasemin Baştanın baş rollarda oynadığı və "Kanal D"də yayımlanan məşhur "İnci Taneleri" serialının son bölümündə baş verən texniki xəta ilə bağlı üzrxahlıq yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, serialın son bölümündə Yılmaz Ərdoğanın canlandırdığı "Azem" obrazı "Hatıran Yeter" mahnısını ifa edərək sözlərin müğənni Ferdi Tayfura aid olduğunu bildirib. 

Lakin sonradan bunun yanlış olduğu aydınlaşıb. Məsələyə izləyicilərlə yanaşı, Fəerdi Tayfurun qızı da sərt reaksiya verib.

Bundan sonra serialın rejissor heyəti üzrxahlıq mesaj yayıb.

Serialın "İnstaqram" hesabında yayımlanan “Üzr mətni” başlıqlı açıqlamada "İnci Taneleri"nin üçüncü bölümündə Ferdi Tayfurun təfsiri ilə məşhurlaşan "Hatıran Yeter" adlı mahnının bəstəsinin ona məxsus olmadığı qeyd olunub: "Bu səhvə görə üzr istəyirik. Bu mahnının sözləri şair Ahmet Selçuk İlkan tərəfindən yazılmışdır. Musiqisi Yılmaz Tatlısəsə məxsusdur. Bu gözəl əsəri həyatımıza gətirən ustadlara ehtiramlarımızı bildiririk və hörmətli Yılmaz Tatlısəsə isə Allahdan rəhmət diləyirik".

Ləman

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq