İstanbulda seçki kampaniyasına silahlı hücum edənlərdən biri saxlanılıb

img

12-02-2024 [00:13]


Prezident Ərdoğanın lideri olduğu AK Partiyanın İstanbuldakı seçki kampaniyasına silahlı hücum edənlərdən biri saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan məlumat verib.

O bildirib ki, AK Partiyanın Küçükçekmece Bələdiyyə sədri vəzifəsinə namizədi Əziz Yeniayın seçki kampaniyasına hücum edən həyata keçirilən əməliyyatla qandallanıb: "Digərlərinin saxlanılması üçün proses davam edir...".

Ərdoğan bir daha hadisə zamanı yaralanan qadına şəfa diləyib: "Yaralanan vətəndaşımıza tezliklə şəfa diləyirəm. İstanbul polisimiz və  Prokurorluğumuz lazımi araşdırma aparır. Hər kəs bilsin ki, ölkənin xaosa sürüklənməsinə imkan verməyəcəyik".

Xatırladaq ki, dünən Əziz Yeniayın 31 mart 2024-də keçiriləcək bələdiyyə seçki kampaniyasına avtomobillə yaxınlaşan şəxs camaatı atəşə tutub.

Nəticədə aksiya iştirakçılarından olan 22 yaşlı E.G.D. adlı qadın yaralanıb.

Onu da qeyd edək ki, başda ana müxalifət partiyası CHP olmaqla bütün partiyalar bu hücumu pisləyib.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq