Abdullahiyanın Beyruta səfərinin gizlinləri...

img

10-02-2024 [20:12]


Zeynal Əmrəliyev

***

İranın Xarici İşlər naziri Hüseyn Əmir Hüseyn Abdullahiyan Livanın paytaxtı Beyruta səfər edərək Hizbullah təşkilatının lideri Həsən Nəsrullahla görüşüb.

Səfərin zamanlanmasına diqqət edin: İsrail Qəzzada fəallaşıb, konkret şəkildə ABŞ - dan gələn xəbərdarlıqlara heç bir məhəl qoymadan Qəzzanı bombalayır. İsrail indi də Misirlə sərhədə qoşun yığaraq bu bölgədə əməliyyat planlaşdırır. Misir və Türkiyə son günlər yaxınlaşıb, İsrailə qarşı birgə addımlar müzakirə edilir. ABŞ İsraillə verdiyi dəstəyi demək olar ki, kəsib. Netenyahu hökumətinə qarşı təzyiqlər çox güclüdür. 

Belə bir vaxtda İranın baş diplomatının regiona səfər edərək İsrailə düşmən ən böyük təşkilatın rəhbərindən görüşməsi onu deməyə əsas verir ki, İran regionda İsrail əlehinə yaranmış vəziyyəti dəyərləndirmək istəyir. Burda incə məqamda isə budur ki, İran həmişə SEPAH vasitəsi ilə Yaxın Şərqdə öz siyasətini həyata keçirirdi. SEPAH komandirlərinə qarşı son dövrdə keçirilən əməliyyatlardan sonra onun bu funksiyalarının dövlət strukturlarına, daha da konkretləşdirsək, Xarici İşlər Nazirliyinə verib.

 Əmir Hüseyn olduqca hiyləgər və hazırlıqlı diplomatdır. Onun bu siyasəti uğurla icra edəcəyinə şübhə yoxdur. Lakin İranin regionda İsrailə qarşı hansısa hücumu Qəzza məsələsini unutduracaq və İsrailin əlinə gücləndirəcək. Belə bir hücum Netenyahu üçün bir növ göydən düşmə ola bilər. Bu yolla Qərbdə itirilmiş nüfuzunu bərpa edə, ABŞ-dan yenidən yüksək səviyyədə yardım ala bilər. Ancaq Həmasla bərabər, Hizbullahla da toqquşmaya girmək Benyamin Netenyahunun iqdidarını böyük riskə ata bilər. Onsuz ölkənin iqtisadi vəziyyətində geriləmələr var, insan tələfatına görə də əhalinin  qəzəbi getdikcə artır. Bu hal daha da güclənərsə Netenyahu hökuməti ayaqda çətin ki, qala bilsin. 

Ancaq unutmayaq ki, İsrail siyasi elitası bu məsələdə Baş Naziri dəstəkləyir. Elə onu aqressiv və özünə arxayın edəndə məhz budur.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR