Övladlığa götürülən iki azyaşlı rus ögey analarını öldürüb

img

09-02-2024 [13:59]


İspaniyada bir qadın övladlığa götürdüyü iki rus uşaq tərəfindən öldürülüb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 48 yaşlı Silvia Lopez Qayyubas avtomobilində başında torba ilə ölü tapılıb. 

Polisin araşdırması nəticəsində onun 13 və 15 yaşlı övladlığa götürdüyü uşaqları tərəfindən öldürüldüyü məlum olub. 

Hadisənin törədən yeniyetmələr sonradan qətlə "adamqaçırma donu" geyindirməyə çalışıblar: "Artıq 15 yaşlı uşaq həbs olunub, 13 yaşlı qardaşı isə polisin nəzarətinə verilib. Meyitin müayinəsi zamanı onların ögey analarının boğazını kəsnəklə yanaşı, bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbəsi vurduqları aydınlaşıb".

Qətlin hansı səbəbdən törədildiyi hələ də araşdırılır.

Hazırda bütün İspaniya bu iki azyaşlının vəhşətindən danışır.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR