Adsız şeir... 

img

08-02-2024 [20:50]


Şeiri Prezident İlham ƏLİYEVin növbəti inamlı qələbəsinə ithaf edirəm.

***

Göylər fişəng-fişəng alışsın, yansın,
Hər kəs qoy özünü bəxtiyar sansın.
Nadanlar gücünü görüb də qansın,
Yolun haqq yoludur, sarsılan deyil!

Qarşında baş əyir vüqarlı dağlar,
Daha bizimlədir fərəhli çağlar.
Xalq ilə aranda qırılmaz bağlar
Fələyin əliylə açılan deyil!

Günəşsən - nur saçan, parlayan, sönməz.
Xalq üçün döyünən ürəklər ölməz.
Eşqimiz əbədi, eşqimiz dönməz,
Könül öz canından ayrılan deyil!

Bir nəğmə oxuyum bizim ellərə,
Qonsun dodaqlara, qonsun dillərə.
Neçə fəsillərə, neçə illərə
Nəğməmin ahəngi yenilən deyil!

Göylər ulduzunu yoluna sərdi,
Bayrağın havanı yarıb yüksəldi.
Eşqimiz sevginlə cövlana gəldi,
Məhəbbət meydanı daralan deyil.

Vüqarlı, bitsə də, sözünün bəndi,
Haqdan kəsilməsin şəkəri, qəndi.
Könül İlhamını seçib güvəndi,
Bu peyman əbədi pozulan deyil!

Müəllif: Elmar VÜQARLI,

Şair


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq