Məzahir Pənahovdan jurnalistlərə çağırış: "Qarşılaşdığınız hər hansı problemi işıqlandırmaqdan çəkinməyin"

img

07-02-2024 [09:29]


MSK sədri Məzahir Pənahov bu gün keçirdiyi ilk brifinqdə jurnalistlərə çağırış edib.

Mia.az xəbər verir ki, Məzahir Pənahov seçkilərin başlaması ilə əlaqədar MSK-da keçirdiyi brifinqdə qeyd edib ki, seçki prosesi milyonlarla insanı əhatə etdiyi üçün müəyyən xırda çatışmazlıqlar ola bilər: “Buradan media subyektlərinə, jurnalistlərə səslənirəm ki, məntəqələrdə qarşılaşdığınız hər hansı problemi işıqlandırmaqdan çəkinməsinlər. Əksinə, biz bunu təqdir edəcəyik. Eləcə də, beynəlxalq və yerli müşahidəçilər də yerlərdə fəal olmalıdırlar”.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR