Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05-02-2024 [00:06]
Qoç - işlərdə irəliləyişə dərhal nail olmaq mümkün deyil. Müdaxilələrə qarşı çıxın. Enerjili işləsəniz, uğur qazanacaqsınız. Nikbin olun, sədləri dəf edin. Məsuliyyətli, etibarlı insan təsiri bağışlayın.Alış-veriş uğurlu olacaq.
Günün ikinci yarısında adi günlərdən fərqli olaraq ailə işləri və məişət qayğıları daha çox vaxt aparacaq. Ailədəki ab-havaya diqqət verin. Pəhriz saxlamağa başlaya bilərsiniz.
Buğa - təmkinli olun, təxribatlara uymayın. Düşünülməmiş qərarlar xoşagəlməz vəziyyət yaradacaq. Başqasının badına getməyin. Aktiv fəaliyyətə can atsanız belə, cari işləri unutmayın. "Qlobal" sözünü unudun, ilk baxışdan xırda və mənasız təsir bağışlayan məqamların arxasındakı mənanı anlamağa çalışın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə anlayışla bağlı problem yaranacaq. Qarşı tərəfin tam fərqli mövqe tutduğu məsələ ilə bağlı müzakirələrə başlamayın. Əsəblərinizə heyfiniz gəlsin.
Əkizlər - təkbaşına çalışın, müstəqil fəaliyyət göstərin. Ətrafınızdakı insanlar məsləhət verməyə çalışacaqlar və bununla da sizə mane olacaqlar. Eşitdiyiniz hər sözü ciddiyə almayın. Enerjili olun. Qüvvə və potensialınızı gərəkli məcraya yönəldin. Hirsli, qıcıqlı davranmayın.
Günün ikinci yarısında fikrinizi və ya mövqeyinizi absolyut həqiqət sayaraq başqalarının da sizinlə razılaşmasına can atmayın. Ev işlərindən kənar durmayın. Gündəlik qayğılar qüvvə və vaxt tələb edir.
İşlərin bir qismini başqalarına həvalə etmək istəsəniz, narazılıq yaranacaq. Səbrli olun.
Xərçəng - qərarlarınızda süst olmayın. Yaxın ətrafınızdakı insanlardan biri idiotizmə varıbsa, yaxud onda qəfil yaltaqlıq baş qaldırıbsa, belə məxluqdan uzaq durun. Yetərincə ağır vəziyyət olsa da, bir çox problemlərin öhdəsindən gələ bilərsiniz. Karyera müstəvisində irəliləməyə çalışın.
Günün ikinci yarısında diqqətli, huşyar olun. Sınaq, imtahan zamanıdır. Ötənlərdəki olaylardan biri ilə bağlı inciklik dəyər verdiyiniz insanla münasibətlərinizi sərinləşdirə bilər. Ailə üzvləri ilə fikir ayrılığı yaradan mövzunu yenidən qabartmayın, dartışma obyektinə çevirməyin. Münaqişələr istisna deyil. Axşam saatlarında gəvəzə adamlara qatılmayın, dedi-qodu iştirakçısı olmayın.
Şir - emosiyalarınıza hakim olsanız, qarşınıza qoyduğunuz məqsədə çatacaqsınız. Cari işləri təxirə salaraq efemer hədəfə aldanmayın. İllüziyalara qapılmayın. Əyləncə və istirahət zamanı deyil. Uzaq yola çıxırsınızsa, zəruri əşyaların alınması, yaxşı hazırlığın görülməsi şərtdir.
Günün ikinci yarısında gərginlik yaşanacaq. Əsas məsələ yaxınlarınızın ehtiyaclarını anlayışla qarşılamağınızdır. Qorxuya düşmüş insana ürək-dirək verin. Tamahınızın, hisslərinizin qulu olmayın. Səhhətinizi istəklərə fəda etməyin.
Qız - təcili işləri daha yaxşı hesab etdiyiniz zamanadək ertələməyin. Başladığınız işi yanlışlıqlarsız, səhvsiz yerinə yetirməyə çalışın. Vaxtınıza qənaət edin. Yaşama daha pozitiv baxın. Çətin vaxt olsa da, situasiyadan itkilərsiz çıxa bilərsiniz.
Günün ikinci yarısında məişət problemlərinin həllinə başlayanda durumu qiymətləndirin. Hisslərinizə hakim ola bilməsəniz, ciddi qarşıdurmanın iştirakçısına çevriləcəksiniz. Özünüzü qoruyun.
Tərəzi - yaxın gələcəklə bağlı planlara dəyişikliklər və korrektələr zamanıdır. İşdə rəhbərliklə, kommersiya fəaliyyətində isə tərəfdaşlarla ünsiyyəti aktivləşdirin. Təcrübənizdən yararlanaraq gərəkli nəticələr çıxarın. Kiminsə sirrini öyrənə bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə dönüş anı ilə üzləşəcəksiniz. Ciddi, yekun Söhbət vaxtıdır. Məişət problemləri, qəfil xərclər istisna deyil. Təmkinli olun, səbrsiz davranmayın. Axşam saatlarında gəzintiyə çıxın.
Əqrəb - uğura nail olmaq üçün planlaşdırılmış fəaliyyətə ehtiyac var. İşgüzar aktivlik səviyyəsini bir qədər azaltmaq olar. Müəyyən işləri etibar etdiyiniz insanlara tapşırmağınızda qəbahət yoxdur. Səlis qurulmuş plan uğur vəd edir. Ötənlərdə baş vermiş hadisələri təhlil edin.
Günün ikinci yarısında yoxlama və ya təftiş ola bilər. Özünüzü ailə qayğılarından, ev işlərindən kənarlaşdırmayın. Yaxınlarınız və qohumlarınızla münasibətlərdə kompromis tapmaq olar. Sağlamlığınızın qeydinə qalın. Az sonra səylərinizin bəhrəsini hiss edəcəksiniz.
Oxatan - xərclərinizə fikir verin, maliyyə vəsaitinizin qədrini bilin. Bədxərclik etməyin. Emosiyalarınıza nəzarət edin. Yaxın ətrafınızdakı insanların tənqidinə dözümlü yanaşın. Sükan arxasında diqqətli və səliqəli olun. Sizi cərimələyə bilərlər.
Günün ikinci yarısında sərvaxt davranın. Yaxınlarınızla, dəyər verdiyiniz insanlarla münasibətləri korlamaq istəmirsinizsə, sərt tənqidə, əsassız iradlara yol verməyin. Uşaqlarla ünsiyyətdə səmimi, qayğıkeş olun.
Özünüzü soyuğa verməyin. Səhhətinizə fikir verin.
Oğlaq - aktivliyinizə nəzarət edin. Sonradan peşmançılıq və təəssüf hissi doğura biləcək addımlar atmayın. Bütün işləri eyni vaxtda tamamlamağa can atmayın. Layihələri sıralayın. Bir işi reallaşdırmağa başlayın, onu bitirin.
Günün ikinci yarısında əzm və qətiyyət məqsədə doğru irəliləyişi sürətləndirəcək.
Ailə üzvlərinin sözlərinə diqqətlə qulaq asın. Sevdiyiniz insanla ünsiyyət sizə xoş hisslər bəxş edə bilər. Axşam saatlarını kompüter və ya telefonla keçirməyin. İnternetdə "gəzişmə"ləri bir qədər məhdudlaşdırın.
Dolça - gündəlik qayğıların və problemlərin həllinə yaradıcı yanaşın. Nə iş gördüyünüzə bir daha nəzər salın. Nüansları xatırlayın, detalları təhlil edin. Diqqətinizi yetərincə ağır işə yönəldərək məqsədə çatmağın yollarını arayın.
Günün ikinci yarısında yaxınlarınızın işləri ilə maraqlanın. Təhlükəsizliyə riayət edin. Səhhətinizin qayğısına qalın. Axşam saatlarında yarımçıq işi başa vurun. Boğaz ağrısı ola bilər.
Tamahkarlıq etməyin.
Balıqlar - sərt danışmayın, əsəblərinizi qoruyun. Konkret məsələ ilə bağlı mövqeyinizi yaxın ətrafınızdakı insanlara bildirəndə ehtiyatlı olun. Peşəkar fəaliyyət prosesini yaxşılaşdırmağa çalışın. Unutmayın ki, münasibətləri korlamaq çox asandır.
Günün ikinci yarısında əlavə xərclər istisna deyil.
Ev işləri və məişət qayğıları adi günlərdən fərqli olaraq daha çox vaxt tələb edir. Ailə üzvlərinin problemlərinin həllində astagəllik etməyin. Axşam saatları romantik anlar vəd edir.
Milli.Az
Tehran bombalanır - İran paytaxtında partlayış sədaları artıb
Hakan Fidan ABŞ Dövlət katibiylə danışdı - Nələr müzakirə olunub?
İsrail ordusu: "İrandan yeni bir raket hücumuna başlayıb"
XİN başçıları telefonda mübahisə edib - Qətərli nazir iranlı həmkarının izahını qəbul etmədi, hədə-qorxu gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
YENİ SƏDRDƏN YENİ TƏLƏB: yaxın qohumların işə götürülməsi bu qurumda qadağan olundu
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı
İran Hörmüz boğazında 10-dan çox neft tankerini vurub: "Vəziyyət tam nəzarətimizdədir"
ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb