Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
04-02-2024 [00:15]
Qoç - günün ilk yarısında yaxşı əhvalda olun. Vaxtınızı boş işlərə sərf etməyin. Yeni layihəyə başlamaq niyyətiniz varsa, orientirləri müəyyənləşdirin. Maraqlandığınız prosesə yaxınlarınızı, etibar etdiyiniz insanları da cəlb edə bilərsiniz.
Günün ikinci yarısı fəalliyyəti intensivləşdirmək üçün münasib zamandır. Danışıqlarda məntiqli davranın.
Eyni vaxtda bir neçə işi görməyə çalışmayın. Ailədə nüfuzunuz artacaq. Azyaşlı qohumlarınız sizdən nümunə götürmək istəyəcəklər.
Buğa - mental imkanlarınız artacaq. Ətrafınızdakı insanlardan birinə təsir edərək fikirlərinizi ona daha asanlıqla anlada bilərsiniz. İş prosesində dəstək verilməli məqamlarda kənara çəkilməyin. Qeyri-adi situasiyada macəra aramayın. Hisslərə qapılaraq düşünülməmiş addımlar atmayın.
Günün ikinci yarısı uzaqdakı insanlardan biri ilə əməkdaşlığa başlayın. Şəxsi münasibətlərdə durum normaldır. Fəqət, çox sevdiyiniz insanlardan biri ilə ayrılıq olacaq. Potensial sifarişçi və ya müştəri ilə danışıqlara başlayın.
Əkizlər - yarımçıq qalan, həllini gözləyən işləri başa vurun. Qarşınızdakı maneələri ardıcıllıqla, tələsmədən dəf edin. Yeni işə başlamaq olar. Maraqlı layihə varsa, maraqlarınızı təmin etmək şərtilə təklifləri dəyərləndirin.
Günün ikinci yarısında dostlardan və ya tanışlardan biri ilə əməkdaşlığı intensivləşdirmək olar. Diqqətsizlik və laqeydlik sizi naqolay vəziyyətdə qoya bilər. Dəyər verdiyiniz insanların maraqlarını nəzərə alın. Axşam saatlarını evdən kənarda keçirmək niyyətiniz varsa, relaksa can atın.
Xərçəng - yeni biliklər, məlumatlar əldə etmək üçün münasib zamandır. İmtahanı uğurla vermək, çətin sınaqdan çıxmaq olar. Yeniliklərdən imtina etməyin. Peşəkar fəaliyyətinizdə rekonstruksiyaya lüzum duyulur.
Günün ikinci yarısında iti və kəsici alətlərlə ehtiyatlı olun. Özünüzü yaxşı hiss etməsəniz belə, başladığınız işi yarımçıq qoymayın. Səhhətinizə fikir verin. Axşam saatlarında normal istirahət edin.
Şir - ən adi, rutin işləri yerinə yetirərkən problemlərin həllinə yaradıcı yanaşın. Yaşamınızda nəyisə dəyişmək istəyəcəksiniz. Uzaq səfər və ya fəaliyyətinizin köklü yönləndirilməsi ilə bağlı fikirlər ola bilər. Biznesdə yaxşı nəticələr istisna deyil.
Günün ikinci yarısında qohumlardan və ya dostlardan birinin əlavə maliyyəyə ehtiyacı yaranacaq. Yaşam arealınızı təkmilləşdirin. Daha rahat, komfortlu ortam yaradın.
Qız - günün ilk yarısındakı qəfil hadisə peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdə də dəyişikliklərin əsasını qoyacaq. Bundan sonrakı yaşamınıza təsir edəcək qərarlar qəbul etməlisiniz. Qəti qərar verməzdən əvvəl yaxşıca düşünün.
Günün ikinci yarısında şəxsi münasibətlərdəki problemləri ağırlaşdıra biləcək yanlışlığa yol verməyin. Çoxdankı ideyanızın yenidən nəzərdən keçirilməyə, təhlilə ehtiyacı var. Xaotik, spontan hərəkət etsəniz, əhvalınız pisləşə bilər. Axşam saatlarında normal istirahət edin.
Tərəzi - düşünülməmiş addımlar atmayın, aramla və səbrlə çalışın. Tələsik qərarların fəsadları ağır ola bilər. Problemlərin həll prosesi düşündüyünüzdən də ağır, ciddi olacaq. Yolda diqqətli olun.
Günün ikinci yarısında istirahət, əyləncə fikirlərini reallaşdırmağa can atmayın. Görüləsi işlər çoxdur. Yaxınlarınızla ünsiyyətdə səmimi olun, qabalıq etməyin. Təmaslarda qarşılıqlı anlaşmaya çalışın. Güzəştlərə meylli olsanız, irəliləyiş qaçılmazdır.
Əqrəb - situasiya sizi bu günlə bağlı planlara təcili dəyişikliklərə vadar edə bilər. Avantüra və risklərə meylli olmayın. Gözləmə mövqeyi tutun. Maliyyə məsələlərində tələskənliyə yol verməyin.
Günün ikinci yarısında alış-verişdə qənaəti unutmayın. Uzaq yola çıxmaq olar. Yaxşı hazırlaşın, detalları unutmayın. Yaxınlarınızla münasibətlərdə nəzərdə tutulmamış nüanslar yarana bilər. Axşam saatlarında normal istirahət etmək şansını əldən verməyin.
Oxatan - çoxdankı arzularınızdan birini gerçəkləşdirmək istəyirsinizsə, dayanmadan çalışmaq gərəkdir. Bilin ki, özünüzdə müsbət dəyişikliklər olmasa işinizdə irəliləyişlərə səbəb olası yeniliklər yaşanmayacaq.
Günün ikinci yarısı sürprizlər vəd edir. Təcili sifariş almağınız istisna deyil. Sıradan çıxan texnikanı və ya avadanlığı təmir edin. Sevdiyiniz insan və ya dəyər verdiyiniz şəxs ideyalarınızla razılaşmaya bilər. Yaxın ətrafınızdakı insanların dediklərinizə qulaq asmalarını istəyirsinizsə, məntiqli danışın.
Oğlaq - yaxın ətrafınızdakı insanlar arasında yaranmaqda olan münaqişədən uzaq durun. Sizdən sui-istifadə etmək istəyən insanları seçməyi bacarın. Yerinə yetirə bilməyəcəyiniz işlərlə bağlı vədlər verməyin.
Yardım gözləyən insana kömək edəcəyinizi söyləyibsinizsə, sözünüzün üstündə durun.
Günün ikinci yarısında dostlar və qohumlarla təmaslarda həssas olun. Kobudluq və qabalıq yolverilməzdir. İstəmədən, təsadüfən qəlb sındıra bilərsiniz. Rasionda köklü dəyişikliklər etməyin. Aldığınız ərzağın keyfiyyətinə fikir verin.
Dolça - illüziyalara qapılmayın. Arzularınızdan birini reallaşdırmaq üçün konkret addımlar atın. Hadisələri əsla tələsdirməyin. Peşəkar fəaliyyətiniz və ya biznesinizdəki məqamları təhlil edin.
Yaxşı tanımadığınız insanlarla günün ikinci yarısında sıx təmaslarda olmayın. İnsanların gur olduğu yerə yollanmayın. Axşam saatlarını yaxınlarınızla keçirin. Rahat, sakit şəraitdə qalmağa çalışın. Hədəfləri dəqiqləşdirin.
Balıqlar - köhnə taktikaya dəyişikliklər etmək zamanıdır. Amma ifrata varsanız, yalnız müvəqətti nəticələrə nail olacaqsınız. Yaşamınızdakı problemlərdən qurtulmaq istəyirsinizsə, fürsəti fövtə verməyin. Avadanlıq və texnikanın işində fəsadlar yarana bilər.
Günün ikinci yarısında rəqiblər fəallaşacaqlar. Ailə qayğıları əlavə xərclər tələb edir. Dedi-qodu etməyin, qeybətə qurşanmayın. Yaxınlarınızı, dostlarınızı müzakirə etməyin. Sözləriniz onlara əyan olandan sonra özünüzə bəraət qazanmaq məcburiyyətində qala bilərsiniz.
Milli.Az
ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir - Bu həftə
İrandan Azərbaycana PUA vasitəsilə narkotik keçirmək istəyiblər
Daha bir bank bayraqla bağlı paylaşımda kobud səhvə yol verdi - FOTO
Sabah yağış yağacaq
PKK İraqın bu bölgəsindən geri çəkilib - Türkiyəyə görə
Çempionlar Liqasına "tarixi imza atan" qadın pilot oldu - FOTO
Livanda BMT əsgərləri tankla atəşə tutulub
Mədəniyyət Nazirliyi məlumat yayıb
Berlində cəzalar ağırlaşdırıldı - Yerə siqaret kötükləri atanları 3, zibil atanları isə 100 min avro cərimə gözləyir
Agentlik sədri xalası oğlunu yüksək vəzifəyə təyin edib, o isə... - Bir miluyonluq borc yaranıb
Müğənni Ruhinin borcu var
MN: "Ağdərə və Pirəkəşküldə..."
Abşeronda şirniyyat sexində işləyən işçi xəsartə alıb
İran XİN: "Biz gizli şəkildə heç bir nüvə obyektimizdə..."
Prezident xəbərdarlıq edir, Xətaidə isə nəticə çıxarmaq əvəzinə... - Qanunsuz tikintilər baş alıb gedir
İsrail ordusu 20-dək fələstinlini saxlayıb
Yazıçı Anar bu fotosu ilə bağlı “Hazırda evdəsinizmi?” sualına cavab verməyib - FOTO
Prezident WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb
Nigeriya uduzdu, "Qalatasaray"ın hücumçusu sıradan çıxdı
ABŞ-da silahlı insident: 6 nəfər ölüb, çoxlu sayda yaralı var
Sakurajima Vulkanı püskürdü - Kül 4,4 kilometrə yüsəlib
Mehriban Əliyeva bu fotonu paylaşdı - FOTO
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə - Nələr gündəmə gətirilib?
Səssiz deputat kimdir: xaricdə şirkət sahibi, yoxsa diplomat çətiri altında karyera quran siyasətçi? - FOTO
Ayxan Abbasov "Qarabağ"ın milliyə çağırılan 5 oyunçusu barədə sualı belə cavablandırdı - VİDEO
Toral Bayramov millimizin oyununda forma imzaladı - Maraqlı kadrlar yalnız Mia.az-da (VİDEO)
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SOCAR işçilərinin maaşı artırıldı: 30 faiz - Əmr verildi
DÇ-2026: Azərbaycan - Fransa oyununda 4 qol var (YENİLƏNİB)
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb
Fransa qol vursa, biz də sevinəcəyik - Millinin baş məşqçisi sözünün arxasında duracaqmı? (VİDEO)
Prezident İlham Əliyev Özbəkistanda: "Şavkat Miromonoviç müdrik dövlət xadimi olmaqla yanaşı, həm də..." - Çıxış + FOTOLAR
Ağdərədə mina partlayışı olub - Yaralı var
Sabah hava necə olacaq? - Proqnoz
Oğuzda oğul anasını öldürüb
Gədəbəydə 59 yaşlı şəxs 37 yaşlı kişini öldürüb
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var