İki ünvanda "Araz supermarket"in binası satışa çıxarılıb

img

02-02-2024 [11:27]


"Araz" supermarketlər şəbəkəsinin iki ünvanda yerləşən mağazaları boşaldıla bilər.

Məlumata görə, buna səbəb mağazaların yerləşdiyi obyektlərin satışa çıxarılmasıdır. Belə ki, marketlər şəbəkəsinin Qaradağ rayonunda ümumi sahəsi 4800 kvadrat metrə malik olan obyektdə filialı fəaliyyət göstərir. Obyekt aylıq 38 000 manata "Araz" supermarketlər şəbəkəsinə icarəyə verilib. Lakin sahibi obyekti satmaq qərarına gəlib. Obyekt nə az, nə çox - 5 700 000 manata təklif olunur.

Bundan əlavə, marketlər şəbəkəsinin icarəyə götürdüyü digər mağazası Bakıxanov qəsəbəsində yerləşir. Burada da mağazanın yerləşdiyi bina sahibi tərəfindən 3 600 000 manata satışa çıxarılıb. "Araz" supermarketlər şəbəkəsi ümumi sahəsi 1700 kvadrat metr olan obyektə görə aylıq 18 000 manat icarə haqqı ödəyir.

Alıcıların istəyinə uyğun olaraq, obyektlərdə "Araz" supermarketin mağazasının fəaliyyət göstərib-göstərməyəcəyinə sonda qərar veriləcək(İqtisadiyyat.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR