Elmar Məmmədyarov: "Bir də baxdın ki, Blinken ötən dəfəki kimi yenə zəng elədi ki..."

img

02-02-2024 [10:14]


ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin özünün sosial şəbəkə hesabında Azərbaycan hakimiyyətinə qarşı çağırış edib.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov ABŞ siyasətçilərinin və konqresmenlərinin bu tip bəyanatlarında təəccüblü heç nə görmədiyini dedi:

“Mən nazir işlədiyim dövrdə bu tip bəyanatları daha çox eşidirdik. Ona görə də mən Ben Kardinin çıxışına o qədər də fikir verməməyin tərəfdarıyam. Bu çıxışda qeyri-adi heç nə yoxdur. Belə deyək də “çıxış xatirinə çıxışdır”. Nəzərə alaq ki, ABŞ Senatında bu cür çıxışlar təkcə Azərbaycana qarşı edilmir. Əksər ölkələrə qarşı bu tip bəyanatlar verilir. Məsələn, Türkiyə NATO-nun üzvüdür, ABŞ-ın tərəfdaşıdır. Buna baxmayaraq amerikalı siyasətçilər bu dövlətə qarşı bəzən gülməli bəyanatlarla çıxış edirlər. Bu mənada Ben Kardinin dediklərinə çox diqqət eləmək lazım deyil. O dedi və Azərbaycandan lazımi cavabı alacaq”.

Sabiq nazir onu da əlavə edib ki, ABŞ siyasətçiləri istənilən məqamdan istifadə etməyə çalışırlar: “Bu payız Azərbaycan COP29 keçiriləcək. Bu tədbirə kölgə salmaq üçün bəzi amerikalı siyasətçi də fürsət bilib Azərbaycanı tənqid edir. Jurnalistin həbsi də, siyasi məhbus məsələsi də ABŞ-ın əlində bir təzyiq vasitəsidir.

Məqsəd də odur ki, bütün ölkələri bu və digər şəkildə təzyiq altında saxlasınlar. Bir də baxdın ki, Antoni Blinken ötən dəfəki kimi yenə zəng elədi ki, “fikir verməyin deyib, deyib də. Biz Azərbaycanla dostuq”. Vəssəlam”.
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq