Türkiyədə daha bir mafiya çökdürüldü - 13 nəfər qandallandı (FOTO)

img

02-02-2024 [10:06]


Türkiyədə daha bir mafiya çökdürülüb

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

O bildirib ki, Balıkəsir şəhərində keçirilən “KAFES-34” əməliyyatı çərçivəsində çete lideri  Gökhan Kuş başda olmaqla, mütəşəkkil cinayət qrupunun üzvləri həbs edilib.

Nazir bildirib ki, mafiya üzvlərinin barəsində çoxsaylı cinayətlər var: "Onlar sələmçilik, hədə-qorxu, ev və iş yerlərinə basqın, xərac toplama, qəsdən adam yaralama və öldürməyə cəhd və sair cinayıətlərdə ittiham olunurlar".

Firudin Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR