Nizamidə səkilər də işbazlara satılır: İcra Hakimiyyəti "görmür", işçisi isə... - "Şəhərsalma" daha bir qanunsuzluğun qarşısını aldı (VİDEO

img

01-02-2024 [19:33]


Bura Nizami rayonu Bəhruz Nuriyev küçəsindəki səkidir. O səki ki, onun təmiri üçün dövlət büdcəsindən xeyli pul ayrılıb. O səki ki, sadə  insanların rahat hərəkət etməsi üçün salınıb. Amma hal-hazırda səki günün günorta çağı dağıdılaraq yerində  obyekt tikintisi aparılır.

Mia.az-ın məlumatına görə, ərazidə tikinti aparan ustalar AzTimes.az-a bildirib ki, burada yay restoranı tikilir.

Çəkiliş başlayan kimi tikintiyə rəhbərlik edən şəxs deyib ki, küçəni abadlaşdırırlar.  Qısa müddət öncə dövlət tərəfindən abadlaşdırılmış səkini dağıdaraq bərbad günə qoyan bu şəxslər hansı abadliqdan danışır?

Səxsi hesaba səki abadlaşdırma üçün icazə hansı qurumdan alınıb?

AzTimes.az saytının sorğusu əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əraziyə gəlib, ərazidəki ağacları qeydiyyata götürüblər.

Məsələ ilə bağlı Nizami rayon icra hakimiyyətinə müraciət etdik.

Nizami rayon ictimaiyyətinin sektor müdiri Cavid Qafarov İcra Hakimiyyətinin əməkdaşlarının əraziyə yaxınlasacağını deyib. Lakin sözə əməl olunmayıb.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi faktla bağlı bu gün açıqlama yayyıb.

Bildirilib ki, idarə əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti və Bəhruz Nuriyev küçəsinin kəsişməsində piyada səkisinin zəbt edilərək (50 kv.m sahədə) yerində qanunsuz parklanma yerinin tikintisi faktı aşkarlayıb: "Nəticədə Baş İdarə və müvafiq rayon icra hakimiyyəti tərəfindən sözügedən ünvanda aparılan işlər dayandırılmış və piyada səkisi bərpa edilmişdir.Şəhərlərimizin nəbzinin qorunmasında biganə olmayan vətəndaşlarımıza təşəkkür edirik".


Digər xəbərlər
SON XƏBƏRLƏR