İdman Akademiyasında prorektor vəzifəsinə yeni təyinat olub - Ülkər Babayeva kimdir?

img

01-02-2024 [15:49]


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru vəzifəsinə yeni təyinat olub.

ASAPES-dən Mia.az-a verilən məlumata görə, bu barədə Gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmr verib.

Məlumata görə, bu gün rktor Fuad Hacıyev bu gün Prorektor vəzifəsinə təyin olunan Ülkər Babayevanı kollektivə təqdim edib.

Ülkər Babayeva Azərbaycan Dillər Universitetində ingilis dili üzrə bakalavr, ingilis dili və ədəbiyyatı üzrə isə magistr dərəcəsinə yiyələnib.

2001-2003-cü illər ərzində ABŞ-ın Minnesota Dövlət Universitetində Beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alıb.

ABŞ-ın Cons Hopkins Universitetində doktorantura təhsilini davam edərək Təhsil üzrə Doktor (EdD) elmi dərəcəsi alıb.

Ülkər Babayeva bundan əvvəl Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində baş məsləhətçi, Azərbaycan Respublikası Mərkəzi Bankının İqtisadi Maarifləndirmə Xidmətinin rəhbəri və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, ASAPES-in Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə bundan əvvəlki prorektoru Təhminə Tağı-Zadə AMADA-nın icraçı direktoru təyin edilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq