"Ramazan Hoca"nın qatili tutulub - Nazir açıqladı (FOTO)

img

01-02-2024 [15:32]


"Ramazan Hoca"nın qatili tutulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.

O bildirib ki, dünən İstanbulun Fatih rayonunda bıçaqlanaraq öldürülən "Diyarbakırlı Ramazan Hoca" kimi tanınan Ramazan Pişkinin qətlində şübhəli bilinən E.B. adlə şəxs saxlanılıb: "Qəhrəman polislərimizi təbrik edirəm. Ramazan Hocaya Allah rəhmət eləsin, yaxınlarına başsağlığı verirəm. Məkanı cənnət, məqamı uca olsun".

Xatırladaq ki, hadisə onun Cerrahpaşadakı iş yerində baş verib. Pişkin iş yerində sinə nahyəsindən aldığı 3 bıçaq zərbəsi ilə öldürülüb.

İstanbul Valiliyi hadisə ilə bağlı açıqlama yayıb.

Bildirilib k, Ramazan Pişkin saat 13.50 radələrində çay evində naməlum şəxs tərəfindən sinə nahiyəsindən 3 bıçaq zərbəsi alıb. O, xəstəxanaya aparılsa da, həkimlərin səyi onu həyata döndərə bilməyib.

Ərazidəki iş yeri sahibləri NTV kanalına deyib ki, Ramazan Pişkin son günlər həddən artıq tədirgin dolaşıb: "O, sanki nədənsə qorxurdu..."

Məlumatda o da deyilir ki, Ramazan Pişkin vaxtilə Psixiatriya xəstəxanasında müalicə olunub.

Zülfiyyə

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq