Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlıq planı imzalanıb

img

01-02-2024 [10:49]


Azərbaycan və Serbiya müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə ikitərəfli hərbi əməkdaşlıq danışıqları keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Azərbaycan və Serbiya müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR