Sabiq deputat: "Rəsul Quliyevə nəinki 5 milyon, 5 qəpik də vermərəm..."

img

31-01-2024 [16:17]


Sabiq deputat Qalib Salahzadə Bilgəh qəsəbəsində yerləşən qalmaqallı bağ evinə görə 5 milyon dollar təklif etdiyi, məhkəməni uduzması barədə iddialara aydınlıq gətirib.

Mia.az xəbər verir ki, Q.Salahzadə Pravda.az-a açıqlamasında deyilənləri təkzib edib:

“Ağasif Şakiroğlu kimdir ki mənimlə Bilgəhdəki bağ evi barədə söhbət aparsın. Xeyr, mən heç kimə bağın qarşılığında 5 milyon təklif etməmişəm. Ağasifi xüsusi qüvvələr mənim qabağıma atıblar ki, başımı qarışdırsınlar. Mən Rəsul Quliyevdən pul almamışam, onunla alver eləməmişəm. Bağımın heç 1 metrini də onlara satmamışam. Aradagəzən “maklerlər”, sürünən siçovullar, özünü “avtoritet” hesab edən bəzi vəzifə sahibləri... Bəli, belə şeylər var, amma mən kiməsə pul təklif edim? Rəsul Quliyevlə aramda qara qəpik söhbəti də olmayıb. Əsas Ağasif Şakiroğlu Rəsul Quliyevin kəndçisi culfalı Eminə 600 min dollar "atıb". Culfalı Emin pulunu ondan geri ala bilmir”.

O, məhkəmə işi barədə də məlumat verib: “Məhkəmə prosesi o qədər fırıldaqlarla gedir ki. Təsəvvür edin, yenə qoca, pensiya vaxtı çatan hakim tapırlar, o da 6 aydan sonra pensiyaya çıxır. Ortada heç nə yoxdur. 10-15 məhkəmə olub. Adi bir məsələni heç bir hakim aydınlaşdırmır ki, bu torpaq sahəsi hansı rayonun torpağıdır. Qoy bilək də, Salyandır, Neftçaladır, haradır? Bu məsələdən həmişə qaçırlar. Çünki əllərindəki sənədlər saxtadır. Bilgəh torpaqları Sabunçu rayonuna aiddir. Xəzər rayonunun polisi gəlib Bilgəh torpaqlarını Ağasif Şakiroğlu üçün mühafizə edir. Bura Bilgəhdir, Xəzər rayonu deyil. İstəyirlər ki, başımı şişirsinlər, torpağı verim, pulu da alıb qoyum cibimə. Bağımı satmıram! Satmamışam! Bu qədər danışıram, hamısı özünü lallığa, karlığa qoyub. Bu torpaq sahəsi 3 hektar 77 sotdur. Dəqiq deyirəm. İstəyirlər ki, özümdən çıxım, artıq-əksik hərəkətlər edim. 71 yaşım var. Uşaq deyiləm ki. Hərdən bir belə söhbətləri ortaya atırlar. Moskvadan milyonerlərdən mənə təkliflər gəlir, “sən de ki, torpağı satırsan, biz özümüz məsələni həll edərik...” Hələ bilmirlər ki, bu mafiyoz oyunlarını kiminlə oynayırlar. Rəsul Quliyevə nəinki 5 milyon, 5 qəpik də vermərəm. Ağasif əyninə şalvar tapa bilmir, deyir ki, bu bağı mənə bağışladılar. Bilgəhdə bir adam belə deyə bilməz ki, “mən filankəsə 5-10 sot torpaq bağışlamışam”. Bu sözü bir dənə Hacı Qalib deyə bilər. Çünki Sovet hökuməti dağılandan sonra zəfəran torpaqlarının hamısının sahibi mən olmuşam. Əlimdə sənəd də var. Mən torpaq bağışlamışam, Rəsul Quliyev belə şey edə bilməz. O qədər generallarla düşmənçiliyim bunun üstündə olub. Rəsul Quliyev gedib xarici dövlətlərdə dilənçilik edir. Mən bu cür ağıl sahibi olmamışam”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq