Sabah hava necə olacaq? - Proqnoz

img

31-01-2024 [12:42]


Bakıda və Abşeron yarımadasında fevralın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mia.az xəbər verir ki, sabah gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR