"Milan" Türkiyə millisinin oyunçusuna elçi düşüb

img

30-01-2024 [09:03]


İtaliyanın nəhəng klubu Türkiyıə milli komandasının müdafiəçisi Merih Demiralı icarəyə götürmək istəyir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, A seriyasında çempionluq uğrunda mübarizə aparan "Milan" zədə səbəbindən müdafiə xəttində problem yaşayır.

Məlumata gərə, "Milan" İtaliya liqasının ilk 10-luğunda yer alan komandalar arasında ən çox qol buraxan 3 komandadan biridir.

Bu isə klub rəhbərliyini müdafiə xəttini gücləndirməyə məcbur buraxıb.

Türkiyə mətbuatı yazır ki, bu problemi aradan qaldırmağı hədəfləyən "Milan" komandası hazırda Səudiyyə Ərəbistanında top qovan Merihə rəsmi təklif göndərib: ""Milan" əvvəllər A Seriyasında "Sassuolo", "Yuventus" və "Atalanta"da çıxış etmiş Merih və onun formasını geyindiyi "Əl Əhli" klubu ilə danşıqlar aparır. Böyük ehtimala bir neçə günə razılıq əldə olunacaq".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR