Bakıda küçəni bağlayan köşk... - FOTO (YENİLƏNİB)

img

29-01-2024 [17:25]


Bakıda köşk probleminin kritik həddə çatır.

Mia.az  Avtosfer.az-a istinadla xəbər verir ki, müxtəlif yerdərlə eyni problemlər müşahidə olunmaqdadır. Sanki bunu görən yoxdur. Təqdim etdiyimiz foto Ziya Bünyadov prospektində çəkilib. Köşk və onun soyuducuları səkini tam bağlayıb. Bunu görməmək, tədbir görməmək olar?

Bəs piyadalar necə hərəkət etməlidir? Yolun hərəkət hissəsinə çıxdıqda təbii ki, təhlükə ilə üz-üzə qalırlar. Bəs nə edək?

***

Məsələ ilə bağlı Baki şəhər ticarət və xidmət departamentindən Avtosfer.az-a bildirilib ki, səkini zəbt edən soyuducuların ərazidən götürülməsi təmin edilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR