Azərbaycan çempionatında XI turun təqvimi açıqlanıb

img

29-01-2024 [12:45]


Qadın voleybolçular arasında Azərbaycan çempionatında XI turun təqvimi açıqlanıb.

Mia.az xəbər verir ki, III dövrənin matçları yanvarın 30-31-də keçiriləcək.

İlk olaraq ayın 30-da “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları üz-üzə gələcəklər. Bu qarşılaşma saat 15:00-da start götürəcək. Günün digər oyunu saat 18:00-da “Murov Az Terminal” və “Abşeron” komandaları arasında olacaq. Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Ertəsi gün bir görüş reallaşacaq. “Azərreyl” UNEC-i sınağa çəkəcək. UNEC-in idman zalında təşkil olunacaq matçın start fiti saat 18:00-da səslənəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR