"Qalatasaray" uruqvaylı futbolçu ilə yeni müqavilə imzalayıb - 4 il

img

29-01-2024 [11:43]


"Qalatasaray" yarımmüdafiəçi Lukas Torreyra ilə yeni müqavilə imzalayıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub uruqvaylı yarımmüdafiəçinin müqaviləsini 2028-ci ilə qədər uzadıb.

Məlumata görə, 27 yaşlı futbolçunun maaşı da artırılacaq.

"TRT Spor"un xəbərinə görə, "Qalatasaray" illik 2 milyon 750 min avro maaş alan Lukas Torreyranın müqaviləsi adətən 2026-cı ildə başa çatacaqdı.

Qeyd edək ki, Lukas Torreyra “Qalatasaray”da indiyədək 62 oyun keçirib. 

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR