Afiyəddin Cəlilovun nəvəsi xəstədir? - Yaşlı insanlara qarşı qeyri-etik davranan gənclə bağlı qərar verildi (FOTO)

img

29-01-2024 [13:56]


Vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən yeniyetmə xəstəxanaya yerləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, yetkinlik yaşına çatmayan şəxs A.C valideyni ilə birgə polis idarəsinə dəvət olunaraq araşdırılıb:

"Valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub".

Qeyd edək ki, sosial şəbəkədə yeniyetmənin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi olduğu bildirilir.

***

"Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır".

Mia.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

O bildirib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülməsinə baxmayaraq, o, hərəkətlərini davam etdirir. Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə "Jalilov" adı ilə məşhurlaşan gəncin yaşlı insanları narahat etdiyi videoları gündəm olub(Oxu.az).

***

“Yeni Sabah” bildirir ki, sosial şəbəkələrdə yayılan xəbərlərə görə "Jalilov" Azərbaycan tanınmış dövlət və siyasi xadimi, vaxtilə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmış Afiyəddin Cəlilovun nəvəsidir. Eyni zamanda o babasının adını daşıyır.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq