"Qalatasaray"ın "Bavariya"ya satılan oyunçusu: "Belə bir klubda oynamaq böyük şərəfdir"

img

29-01-2024 [00:05]


Xəbər verdiyimiz kimi, "Qalatasaray"ın müdafiəçisi Saşa Boeyi Almaniyanın "Bavariya" komandası ilə 2028-ci ilədək müqavilə imzalayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, transferin rəsmiləşməsindən sonra o, həyəcanlı olduğunu gizlətməyib: 

"Çox həyəcanlıyam. Həyəcandan ötən gecə yata bilmədim. İndi buradayam. Arzularımı reallaşdırdım. Burada böyük oyunçularla oynamaq üçün səbirsizlənirəm. Hücum etməyi sevən oyunçuyam. Sürətliyəm, hücum qədər müdafiə etməyi də sevirəm. "Bavariya" tarixi uğurlarla dolu əfsanəvi klubdur. Belə bir klubda oynamaq mənim üçün böyük şərəfdir". 

Transferi dəyərləndirən "Bavariya"nın İdman direktoru Kristof Freund isə deyib: "Onu heyətimizə qatdığımız üçün xoşbəxtik. Saşa ikili mübarizədə və fiziki cəhətdən çox güclüdür. Əminəm ki, onun üslubu bizə daha tez uyğunlaşmağa kömək edəcək. Biz onu Çempionlar Liqasında "Qalatasaray"la oynadığımız matçlarda  fərq etdik. O, hər iki matçda çox yaxşı çıxış etdi. Sonra onu izləməyə davam etdik. O, ürəkdən və böyük ehtirasla oynayan, azarkeşlər tərəfindən sevilən bir oyunçudur".

Xatırladaq ki, "Bavariya" Saşa Boeyin transferi üçün İstanbul klubuna ümumilikdə 35 milyon avro ödəyəcək. Bundan əlavə, alman klubu "Qalatasatay" iki yoxlama oyunu keçirməyə razılıq verib.

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR