Əvəz Zeynallıya bəraət istənildi - Məhkəmə prosesi (FOTOLAR)

img

26-01-2024 [17:18]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və "Səda TV" "Youtube" kanalının rəhbəri Elnur Şükürovun məhkəmə istintaqı başa çatıb.

Mia.az Lent.az-a istinadla xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallının anası Şamama Zeynalova məhkəməyə ərizə ilə müraciət edib.

Müraciət ölkə rəhbərliyinə və məhkəmə heyətinə ünvanlanıb. Ərizədə Əvəz Zeynallının cinayət işinə obyektiv baxılıb, qərar verilməsi xahiş edilib.

Bundan əlavə, Azərbaycanda çalışan 79 media nümayəndəsi eyni məzmunla məhkəməyə müraciət edib. Ərizələr cinayət işinə əlavə olunub.

Daha sonra, Əvəz Zeynallının vəkilləri çıxış edib. Onlar bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmənin növbəti iclası fevralın 9-a təyin edilib.

Qeyd edək ki, Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.
 

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq