"Liverpul"un baş məşqçisi: "Yalan deməyəcəm, enerjim tükənib, ayrılacam"

img

26-01-2024 [16:09]


Premyer Liqa təmsilçisi "Liverpul"da çoxsaylı uğurlar qazanan Yurgen Klopp mövsümün sonunda futbolla vidalaşacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Baş məşqçi yorulduöğunu, tükəndiyini gizlətməyib: "Enerjimin sonuna gəldim. Nə vaxtsa, bu qərarı verməliyəm. İndi yaxşıyam, amma bu tapşırığı təkrar-təkrar edə bilmərəm. Birlikdə keçirdiyimiz hər zaman sizə həqiqəti demək istədim. İndi də doğrunu deyirəm. Mövsümün sonunda "Liverpul"un baş məşqçisi vəzifəsindən ayrılacağam. Bu qərar bir çox insan üçün şok ola bilər. Bunu izah etməyə çalışa bilərəm. Bu klubla bağlı hər şeyi sevirəm. Şəhər, azarkeşlər, komanda, məşqçilər korpusu, hər şeyi. Ancaq dediyim kimi, artıq tülkənmişəm".

Xatırladaq ki, Klopp "Liverpul"un sükanı arxasında indiyədək 464 oyun keçirib. Alman çalışdırıcı 2018/2019 mövsümündə Çempionlar Liqasının çempionu oldu və 19/20 mövsümündə Premyer Liqada lider bitirib.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR