Türkiyə liqasında daha bir baş məşqçi istefa verib - Səbəb

img

26-01-2024 [00:05]


Türkiyə liqasında növbəti baş məşqçi istefası yaşanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, birinci liqa təmsilçisi "Altay"ın  baş məşqçisi Yusuf Şimşək sosial media hesabında istefa verdiyini açıqlayıb.

O bildirib ki, komanda ilə müqavilə imzalayarkən tək istəyinin heyəti qorumaq olduğunu xatırladıb: “Amma Marko, Tolqa, Zeki, Ozan, Deniz, Efe və Erenin getməsinə imkan yaradıldı. Buna görə "Altay" klubundan ayrılmalı oldum. İlk olaraq bütün oyunçu qardaşlarıma və övladlarıma, komandasına, azarkeşlərə təşəkkür edirəm".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq