Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası oyunları TRT-də yayımlanacaq - 3 il boyunca şifrəsiz

img

25-01-2024 [21:23]


TRT kanalı 2024-2025, 2025-2026 və 2026-2027 mövsümlərində keçiriləcək UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqası matçlarına ev sahibliyi edəcək. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, futbol yayımında 50 ildən çox təcrübəyə malik olan TRT bu dəfə dünya standartlarına uyğun yayım keyfiyyəti, yüksək səviyyəli istehsal bacarıqları ilə UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının rəqabətli oyunlarını tamaşaçılara çatdıracaq. 

Məlumata görə, Türkiyə komandalarının matçları ilə yanaşı, Avropa komandalarının iddialı oyunları TRT 1, TRT Spor və TRT-nin yeni rəqəmsal platformasında gələn mövsümdən etibarən 3 il müddətində şifrəsiz yayımlanacaq. 

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR