“Real Madrid” ən çox qazanan klubdur: 831 milyon avro - "Mançester Siti" isə...

img

25-01-2024 [16:25]


2022-2023 mövsümünün ən çox qazanan komandaları açıqlanıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Real Madrid" 831 milyon avro ilə 2022-23 mövsümündə ən çox gəlir əldə edən klub olub. 

İkinci yerdə 826 milyon avro qazancla "Mançester Siti" gəlir.

PSJ 802 milyon, "Barselona" 800, "Mançester Yunayted" 746 milyon avro qazanc əldə edib.

Gəlirlərində azalma olan komandalara liderliyi isə "Liverpool", "Atletico Madrid" və "West Ham United" başçılıq edirlər.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR