"Ayıb olsun" - "Fənərbağça"dan keçmiş oyunçularına sərt mesaj verildi

img

25-01-2024 [11:51]


"Fənərbağa"nın Futbol Şöbəsinin direktoru Səlahəddin Baki "RAMS Başakşehir" matçından sonra verdiyi açıqlamada keçmiş futbolçuları Deniz Türücü oyunda qəsdən gərginlik yaratmaqda ittiham edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Təəssüflə qeyd edirəm ki, oyunda bir çox epizodlarda gərginliklərin baş rol ifaçısı Dəniz Türüç bizim keçmiş oyunçumuzdur. "Fənərbaxça"ya qarşı düşmənçilik həddi-hüdudu tanımamağa başlayıb. Hələlik ona "Ayıb olsun" deyirəm. Azarkeşlər və "Fənərbaxça" ictimaiyyəti bunu not dəftərinə yazdı...", - deyən Səlahəddin Bakinin sözlərinə görə, hakim də oyunda səhvlər buraxıb: "Baş hakim Çağdaş Hocanın və bütün "Başakşehir"li futbolçuların niyə bizə qarşı bu qədər aqressiv və sərt reaksiya verdiklərini anlaya bilmədik. Türkiyədə bu anlayışın necə işlədiyini bilirik".

Klub rəsmisi bildirib ki, onları belə "oyunlar"la saxlamaq mümkün deyil: "Dik duruşumuz davam edir. Hər kəs istədiyi kimi qarşımızda dursun, çempionluq yürüşümüzə davam edəcəyik. Dik dayanırıq. Kövrək "Fənərbaxça" gözləyənlər uzun müddət gözləməli olacaq"

Xatırladaq ki, "RAMS Başakşehir"də çıxış edən "Fənərbağça"nın sabiq futbolçusu Dəniz Türüç matçda həddən artıq aqressiv davranışı ilə azarkeşlərin böyük tənqidinə tuş gəlib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR