Türkiyə Liqası: Qaziantepdə qalib müəyyənləşməyib

img

25-01-2024 [00:10]


Türkiyə Super Liqasında bu gün "Qaziantep" FK "TÜMOSAN Konyaspor"la üz-üzə gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş hakim Volkan Bayarslanın idarə etdiyi oyun hem-heçə başa çatıb - 1:1.

Meydan sahiblərini önə çıxaran qola 31-ci dəqiqədə Metehan Mertin avtoqolla imza atıb.

"Konyaspor"un qolunu isə 42-ci dəqiqədə Marlos Moreno vurub.

Bu bərabərlikdən sonra "Qaziantep" FK 23 xalla 14-cü, "TÜMOSAN Konyaspor" isə 21 xalla 19-cu yerdə qərarlaşıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR