Fil Dişi Sahili fransız baş məşqçini istefaya göndərib - Səbəb

img

25-01-2024 [09:07]


Fil Dişi Sahili Futbol Federasiyası millinin baş məşqçisi Jan-Lui Qasseti istefaya göndərib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Federasiya qısa açıqlama verib.

Bildirilib ki, Qasset və onun köməkçisi Kislain Printantın müqavilələri Afrika Kuboku qruplarındakı zəif oyuna görə ləğv olunub: "Baş məşqçi və köməkçisi istefaya göndərilib. Yeni baş məşqçi təyinatına qədər komandaya məşqçi Emerse Fae müvəqqəti rəhbərlik edəcək".

Xatırladaq ki, Afrika Kuboku oyunlarına Fil Dişi Sahili ev sahibliyi edir.

Qvineya və Nigeriyanın son 1/16 tura yüksəldiyi A qrupunda üçüncü yeri tutan Fil Dişi Sahili üçüncü ən yaxşı komandalar kvotası çərşivəsində turnirə davam etmək şansı hələ də var.

Onu da qeyd edək ki, istefaya göndərilən 70 yaşlı Qasset daha əvvəl Fransa millisini və PSJ-ni sükanı arxasında olub.

O, 2022-ci ildə Fil Dişi Sahilinin baş məşqçisi təyin edilmişdi.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR