“Sehrli xalat” filmində baş rol ifaçısı vəfat edib

img

24-01-2024 [16:47]


“Sehrli xalat” filmində baş rol ifaçısı Azər Qurbanov vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov feysbuk hesabında məlumat yayıb.

O bildirib ki, Azər Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra Amerika Birləşmiş Ştatlarında (ABŞ) həyatını itirib.

Qeyd edək ki, A.Qurbanov sözügedən filmdə Rəşid obrazını canlandırıb. O, “Odessa” kinostudiyasının istehsalı olan “Göy Quş”, “Hakim”, “Xarici Qadın”, “Külək” filmlərində də çəkilib. 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayıdı(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR