İran prezidenti Ankarada - Ərdoğan rəsmi mərasimlə qarşılayıb

img

24-01-2024 [16:05]


Prezident Rəcəb Tayyib Ərdoğan bu gün İran Prezidenti İbrahim Rəisi Prezident Külliyesində rəsmi mərasimlə qarşılayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qarşılama mərasimindən sonra keçiriləcək görüşdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlər, xüsusilə İsrailin Qəzzaya və işğal olunmuş Fələstin torpaqlarına hücumları müzakirə olunacaq.

Səfər çərçivəsində Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası keçiriləcək.

Görüşdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və inkişafı istiqamətində atılacaq addımlar dəyərləndiriləcək, görüşlərin yekununda müxtəlif istiqamətlərdə sazişlərin imzalanması gözlənilir.

Prezident Ərdoğan və İran prezidenti birgə mətbuat konfransında səfəri dəyərləndirəcəklər. Axşam Türkiyə-İran İş Forumu keçiriləcək.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA