Qəzzada BMT-nin sığınacaq mərkəzi vurulub - Açıqlama

img

23-01-2024 [18:35]


Qəzzada BMT-nin sığınacaq mərkəzi vurulub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzari məlumat yayıb.

O, sosial media hesabında İsrailin Xan Yunis bölgəsində UNRWA sığınacaq mərkəzini bombaladığını açıqlayıb: "Nəticədə ən azı 6 fələstinli ölüb, çox sayda mülki vətəndaş isə yaralanıb. Mən bütün tərəfləri mülki şəxslərə, sağlamlıq mərkəzlərinə və personala, habelə BMT obyektlərinə dəyən zərəri minimuma endirmək üçün beynəlxalq hüquqa uyğun olaraq bütün tədbirləri görməyə çağırıram”.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA