Əli Əsədov Şuşa şəhəri ilə bağlı daha bir sərəncam imzaladı - "Tədbirlər Planı” təsdiqləndi (CƏDVƏL)
23-01-2024 [12:38]
Baş nazir Əli Əsədov “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 21 noyabr tarixli 4176 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə qərara alınır:
- “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
- Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müəyyən edilsin.
- Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilsin.
- Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilsin.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı
|
Sıra №-si |
Tədbirin adı |
İcra müddəti |
İcraçı orqanlar |
|
1 |
2 |
3 |
4 |
|
1. |
“Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılışı |
2024-cü il may |
Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi |
|
2. |
İslam Dünyasının Mədəniyyət Forumunun təşkil edilməsi və bu çərçivədə: - Şuşada İslam Əməkdaşlığı Təşkilatının mədəni irsin mühafizəsinə həsr olunmuş beynəlxalq konfransının keçirilməsi; - “İslam dünyasının itirilməkdə olan qeyri-maddi mədəni irs nümunələri” mövzusunda dəyirmi masa və sərginin keçirilməsi; - “İslam Əməkdaşlığı Təşkilatı Ölkələrinin İqtisadiyyatı” kitabının təqdimat mərasiminin təşkili; - “Şuşa - İslam Dünyasının Mədəniyyət paytaxtı 2024” poçt markasının və müvafiq internet resurslarının təqdimatı; - Şuşanın və İslam ölkələrinin mədəni irsini əyani nümayiş etdirmək məqsədilə lentə alınmış, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin kosmosdan çəkilmiş təsvirlərindən ibarət sərgilərin təşkili |
2024-cü il ərzində |
Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi |
|
3. |
İslam ölkələrində “Şuşa günləri”nin keçirilməsi və tədbirdə folklor incəsənət qruplarının, Qarabağ xalçalarının, foto və rəsm əsərlərinin, videoçarxların nümayişi, kitab təqdimatlarının keçirilməsi |
2024-cü il ərzində |
Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi |
|
4. |
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş qərargahında Şuşaya həsr edilmiş birgə elmi və mədəni tədbirlərin (konfrans, konsert, təqdimat, sərgi, film nümayişi, müsabiqə və s.) təşkili |
2024-cü il ərzində |
Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası |
|
5. |
İslam ölkələrinin mədəniyyət paytaxtlarının “Şuşa şəbəkəsi”nin yaradılması və ilk görüşünün keçirilməsi |
2024-cü il ərzində |
Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi |
|
6. |
Mədəni irsin qorunması, İslam mədəniyyəti, habelə Azərbaycanın tarixini və incəsənətini əks etdirən mövzularda beynəlxalq və yerli əhəmiyyətli simpoziumların, elmi-praktiki tədbirlərin və konfransların təşkili |
2024-cü il sentyabr |
Azərbaycan Milli Elmlər Akademiyası, Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi |
|
7. |
İslam dünyasında turizmin inkişafı mövzusunda beynəlxalq konfransın və “İslam ölkələrinin ortaq süfrəsi” kulinariya festivalının təşkili |
2024-cü il ərzində |
Dövlət Turizm Agentliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi |
|
8. |
ICESCO-nun “A-Hub Akselerasiya Proqramı”nın (2023-cü il üzrə) böyük finalının Azərbaycanda keçirilməsi |
2024-cü il may-iyun |
Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi |
|
9. |
Şuşada İslam ölkələrinin rəssamlarının və fotoqraflarının sərgi və düşərgəsinin təşkili |
2024-cü il ərzində |
Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi |
|
10. |
İslam ölkələrinin yaradıcı gəncləri arasında müxtəlif müsabiqələrin, o cümlədən vizual sənət növləri üzrə internet müsabiqəsinin keçirilməsi |
2024-cü il ərzində |
Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi |
|
11. |
Şuşada İslam ölkələrindən olan gənclərin iştirakı ilə ICESCO simulyasiya sessiyasının keçirilməsi, İslam ölkələrinin gəncləri üçün yay düşərgələrinin təşkili |
2024-cü il ərzində |
Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi |
|
12. |
Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı kütləvi idman tədbirlərinin keçirilməsi |
2024-cü il ərzində |
Gənclər və İdman Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi |
|
13. |
Şuşanın İslam mədəniyyətinə töhfə vermiş tarixi-dini irsi və şəxsiyyətləri haqqında sənədli filmin hazırlanması (müxtəlif dillərdə) |
2024-cü il ərzində |
Mədəniyyət Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti |
|
14. |
İslam dünyasının aparıcı media nümayəndələrinin Şuşaya səfərinin təşkili |
2024-cü il ərzində |
Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi |
|
15. |
Şuşanın tarixi abidələrini və onun İslam dünyasındakı rolunu özündə əks etdirən təbliğat materiallarının (nəşrlər, albomlar, məqalələr, kitablar, broşürlər, televiziya verilişləri, filmlər və s.) hazırlanması və beynəlxalq səviyyədə yayımlanması |
2024-cü il ərzində |
Azərbaycan Milli Elmlər Akademiyası, Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi |
|
16. |
“Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi bağlanışı |
2024-cü il dekabr |
Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi |
Xalq artisti məhkəməyə verildi - Keçmiş xanımı tərəfindən
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaret aşkarlanıb
Heç kim qanundan üstün deyil! - Bəylər Eyyubovun qohumları da
Səməd Seyidovun adından saxta xəbər yayıldı - Xəbərdarlıq
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində - FOTOLAR
“Nar”ın “Çoox Şanslı” lotereyasında 9-cu avtomobil uduldu
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
45 hakim and içib
Ağdərəyə növbəti köç olub
İnstitut direktoru vəzifədən azad edilib - Yeni təyinat
Çingiz Qənizadənin oğlu yeni vəzifəyə təyin olunub
DİN Qarabağ bölgəsinə gedən şəxslərə müraciət edib
İcra başçısının müavini vəzifədən çıxarılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib